TSB saxta sığorta müqavilələri ilə bağlı xəbərdarlıq etdi

04 aprel 2023 16:29

Türkiyə Sığorta Birliyi (TSB) əhaliyə saxta sığorta müqavilələri ilə bağlı müraciət edərək diqqətli olmağa çağırıb.

"Siqortaci.az" xəbər verir ki, müraciətdə qeyd olunur ki, xüsusilə avto-icbari növ üzrə sığortalanmaq üçün agentlərə müraciət edənləri İT alətlərlə izləyən fırıldaqçılar özlərini “müraciət edilən qurumun nümayəndəsi” kimi təqdim edirlər və sığortalıya saxta sığorta müqaviləsi satırlar.

TSB xəbərdarlıq edir ki, sığortalılar şübhələndikləri anda Sığorta Məlumatlarına Nəzarət Mərkəzinə (SBM) müraciət etsinlər.