Bunu Rusiya Avtomobil Sığortaçılar Birliyinin prezidenti Yevgeni Ufimtsev açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya Avtomobil Sığortaçılar Birliyinin və Belarus Nəqliyyat Sığortası Bürosunun “Yaşıl Kart” beynəlxalq sığorta sistemindəki üzvlüyü sanksiyalar səbəbilə dayandırılmışdı.
Bu səbəblə də Rusiya və Belarusun iki təşkilatı arasında “Mavi Kart” haqqında müqavilə bağlanıb. Bu razılaşmaya əsasən, iki ölkə arasında beynəlxalq icbari avtonəqliyyat vasitəsi sığortası sistemi işə düşüb.