Qlobal sığorta yığımları 2% artacaq

04 aprel 2023 16:53

Swiss Re-nin Sigma 6 hesabatında 2023 və 2024-cü illərdə qlobal sığorta yığımlarının orta hesabla 2,1% artacağı proqnozlaşdırılır.

"Siqortaci.az" xəbər verir ki, hesabatda qeyd olunur ki, bu, qlobal iqtisadiyyatlardakı inflyasiya və faiz şoklarının ağırlığı ilə bilavasitə bağlı olacaq. Hesabata görə, Ukraynadakı müharibənin yaratdığı iqtisadi gərginlik və yüksək inflyasiya şoku səbəbilə iqtisadiyyatlar daha yüksək faiz dərəcələri ilə üzləşə bilər.