Qlobal səyahət sığortası bazarı ilə bağlı proqnozlar açıqlandı

04 aprel 2023 16:32

Dünya sığorta analitiklərinin proqnozlarına görə, qlobal səyahət sığortası bazarı 2030-cu ilə qədər 99 milyar dollar həcmində böyüyəcək.

"Siqortaci.az" xəbər verir ki, aparılan tədqiqat işində qeyd olunur ki, Banqladeş, Çin, Hindistan və Pakistan da daxil olmaqla, regionun bir çox ölkəsinin səyahət və turizm sektorunda sürətli artım və səyahət sığortasının faydaları haqqında istehlakçıların məlumatlılığının artmasının da böyüməyə töhfə verəcəyi gözlənilir.