Qlobal həyat sığortası bazarı böyüyəcək - 1.5 TRİLYON DOLLAR

04 yanvar 2021 06:11

Asiya-Sakit okean regionunda qlobal həyat sığortası bazarı 2023-cü ilə kimi 1.5 trilyon dollara qədər böyüyəcək.

"Siqortaci.az" xəbər verir ki, bu barədə "GlobalData" şirkətinin apardığı araşdırmada bildirilir. Məlumata görə, bölgənin həyat sığortası bazarı 2019-2023-cü illər ərzində 4.9% səviyyəsində böyüyəcək. Buna səbəb olaraq yaşlı və orta sinif əhalinin gəlirlərinin artması göstərilir.

COVID-19 pandemiyası səbəbilə iqtisadiyyatlarda yaranan fasilələrə baxmayaraq, bəzi ölkələrdə təcridetmə məhdudiyyətlərinin ləğv edilməsindən sonra tədricən yaxşılaşma müşahidə olunur. Belə ki, Sinqapurda 2020-ci ilin üçüncü rübündən bəri müsbət iqtisadi fəaliyyət həyat sığortası məhsullarına olan tələbi canlandırmağa təkan verdi. Eyni şəkildə, Honq Konqda da 2020-ci ilin ilk üç rübündə sığorta yığımları illik müqayisədə 5,1% artıb.