“Qala Sığorta” ASC maliyyə bazarının ilk elektron pul təşkilatı olan “United Payment” MMC ilə əməkdaşlıq anlaşması imzalayıb.
Siqortaci.az xəbər verir ki, anlaşmanın əsas məqsədi müştərilərin sığorta haqlarının rahat ödəməsi üçün xidmətin, vahid elektron portaldan istifadə olunmaqla tətbiqidir.
Qala Sığorta Şirkətinin ofisində baş tutan imzalama mərasimində hər iki təşkilatın rəhbər şəxsləri iştirak edib.