PAŞA Sığortadan səyahət etməyi sevənlər üçün kampaniya

08 avqust 2024 11:14

PAŞA Sığorta bu dəfə səyahət sevərləri sevindirmək üçün kampaniya elan edir. 07 avqust - 07 sentyabr tarixləri aralığında PAŞA Sığortadan səyahət sığortası əldə edəcək şəxslər endirim əldə edəcək.

Siqortaci.az xəbər verir ki, kampaniya şərtlərinə əsasən PAŞA Sığortadan istənilən istiqamətə yalnız onlayn olaraq səfər sığortası əldə edəcək şəxslər 20% endirim qazanacaq.  Qeyd edək ki, endirim yalnız onlayn olaraq sığorta əldə edəcək müştərilər üçün keçərlidir.

Səyahət sığortası əldə etmək üçün:  PAŞA Sığorta Onlayn Satış Portalı (pasha-insurance.az)

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.