"PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılovun ənənəvi illik geniş müsahibəsini təqdim edirik.
- Salam Niyaz müəllim. Sizinlə həmsöhbət olmaq hər zaman xoşdur və əminik ki, bu dəfə də maraqlı və ətraflı müsahibə ilə oxucularımızı məmnun edəcəyik.
- Mən də sizi və bütün oxucularımızı salamlayıram. Suallarınıza cavab verməyə hazıram.
- Öncəki müsahibənizdə 2020-ci ili “Çağırış” (Challenge) ili adlandırmışdınız. Sizcə, hazırda geridə qoyduğumuz 2021-ci il hansı şüar altında keçdi?
- 2021-ci il PAŞA Həyat üçün İnnovasiya ili idi, çünki 2021-2023-ci il üzrə yeni strategiyamız “Rəqəmsal Transformasiya”dır. Burada transformasiya üçün təbii olaraq innovativ mühit yaratmaq lazımdır və hər sahədə yeniliklər etmək mütləqdir - istər rəqəmsal, istərsə də digər istiqamətlər üzrə.
Bu istiqamətdə qeyd etdiyim mühiti addım-addım formalaşdırdıqca, yaşatdıqca, şirkətin yenilikçi mövqeyi dayanıqlı olur. Mühit tədricən qurulub inkişaf etdirilməlidir. İşçilərdə müvafiq davranışın yaradılması, yeni ideyaları rahat şəkildə paylaşa bilmələri, rəylərə açıq olmaları, bir sözlə, fikir dövriyyəsi üçün uyğun şərait yaradılmalıdır. Belə bir dəyişim bizim üçün uzunmüddətli hədəfdir. Biz məhz bu cür mühiti formalaşdırmaq üçün əlimizdən gələni edirik.
Sadəcə olaraq demək istərdim ki, İnnovasiya artıq hər bir işçinin düşüncə tərzinin və şirkətin ayrılmaz hissəsidir və növbəti ilə də başqa ad vermək düzgün olmazdı. Biz elə bu istiqamətdə də addımlayacağıq.
- 2021-ci il üzrə nəticələr barədə qısa məlumat verməyinizi xahiş edirik.
- Öncə rəqəmlər haqqında danışmaq istərdim. 2021-ci il ərzində planladığımız nəticələrdən daha artığına nail ola bildik. Bir çox məqamları ilk dəfə burada paylaşacam.
Bizə çətinlik yaradan məsələlərdən biri planlama zamanı pandemiya dövrünün 6 ay davam etməsini proqnozlaşdırmağımız oldu. Bildiyiniz kimi, pandemiya hələ də davam edir. Lakin buna baxmayaraq, icbari sığorta məhsulu üzrə planı icra etdik, Yaşam sığortası məhsulu üzrə isə planı artıqlaması ilə yerinə yetirməyə müvəffəq olduq. Bu iki məhsul biznesimizin leytmotividir.
Bu əsas iki məhsuldan savayı, dövlət dəstəyindən asılı olmayan məhsulların üzərində də işləyirik. Sadə dildə desək, bu tip məhsullar adi depozitə alternativdir. Bu məhsuldan biri olan “Gəlirli Həyat Sığortası” məhsulu üzrə büdcədə cəmi 14,5 milyon manat yığım nəzərdə tutmuşduq. Böyük səylər nəticəsində burada çox fantastik bir nəticə verdik – 27.5 milyonluq bir nəticə göstərdik.
Bundan əlavə, deyə bilərəm ki, “Rəqəmsal Transformasiya” strategiyasının ilk ilində xərclərin çoxluğunu nəzərə alaraq mənfəətin daha az olacağını təxmin etmişdik. Lakin bu xərclərə baxmayaraq, keçən 2020-ci il ilə müqayisədə biz daha yüksək gəlir gözləyirik. Yaxın aylar ərzində xarici audit bitdikdən sonra tam təsdiq olunmuş dəqiq nəticəni paylaşacağıq. Lakin indiki fərziyyələrimizə əsasən, bu rəqəm MHBS (IFRS) üzrə hesablandıqda 30 milyon manata yaxındır və bu, bizim şirkət üçün yeni rekord nəticə deməkdir.
2021-ci il ərzində çoxsaylı yeni layihələr həyata keçirmişik:
Fəlsəfəmizə sadiq qalaraq cəmiyyətə və dövlətə fayda verməyə bundan sonra da davam edəcəyik.
- Sizin Agile yanaşmasının uğurlu tətbiqi barədə kifayət qədər məlumatlıyıq. Bəs, ötən il ərzində bu istiqamətdə hansı işlər görülüb?
- Artıq Agile metodologiyasının ilkin mərhələsini həyata keçirmişik. Transformasiya prosesində biz öncə Agile Laboratoriyanı qurduq. Daha sonra konsultantlarla birgə Agile təfəkkürünün işçilər arasında formalaşdırılması üçün çox əhəmiyyətli bir layihə həyata keçirdik. Əminliklə deyə bilərəm ki, işçilərimizi ilkin mərhələdə tələb olunan təfəkkür səviyyəsinə çatdıra bilmişik.
Bildiyiniz kimi, Agile yeni yanaşmadır və yeni yanaşmaya uyğun olaraq yeni insan resursları sistemi formalaşdırılmalıdır. Bundan sonra bu idarəetmə prinsipinə uyğun olan Qreydinq və Performans Menecment sistemi formalaşdırmalıyıq. İnsan Resursları ilə ilkin mərhələni icra etmişik və növbədə böyük layihə gözlənilir.
Ötən il üzrə qeyd etdiyim yüksək nəticələrimiz Agile metodologiyanın uğurunu göstərir.
Bir daha vurğulamaq istərdim ki, əvvəlki yanaşmamızda müştərinin nəyi bəyənəcəyini biz fərziyyə edirdik və ona uyğun məhsul yaradırdıq. İndiki yanaşmaya əsasən isə biz sırf müştəri ehtiyacına uyğun olan məhsulları ərsəyə gətiririk.
- Yaxın illər ərzində biznesinizdə hansı yeniliklər gözlənilir?
- Özəl pensiya fondları haqda son vaxtlar daha çox danışılır. Bizə bu mövzu ilə bağlı nə deyə bilərsiniz?
- Beynəlxalq praktikada gördüyümüz kimi, özəl pensiya fondları sisteminə bir sıra ölkələr keçid edir.
Əslində bu haqda ətraflı danışmaq hələ ki, tezdir.
Özəl pensiya fondlarına yatırılan məbləğlərin uzunmüddətli vəsaitlər, kütlə qarşısında böyük və ciddi məsuliyyət olduğunu nəzərə alaraq bu sahə üzrə kadrların güclü inkişafı labüddür. Həmçinin, bu proses aktivlərin və öhdəliklərin idarəedilməsi baxımından böyük bir çağırış deməkdir.
Sadəcə bir məqamı vurğulamaq istərdim ki, dünya təcrübələrinə baxsaq, bəzi ölkələrdə bu proses məhz həyat sığorta şirkətlərinə ötürülür.
- Sonda oxuculara nə demək istərdiniz?
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmrəyliyimizin ildən-ilə güclənməsini arzulayıram. Xalqımızın müharibə zamanı göstərdiyi birlik, güc bizi bir xalq olaraq daha da həmrəy etdi. Əminəm ki, bunun sayəsində iqtisadiyyatımız da ildən-ilə sürətlə inkişaf edəcək. Bu bayram bizə həqiqətən də yaraşır!
Biz də öz növbəmizdə iqtisadiyyatımızın inkişafında iştirak etmək istəyirik. Ciddi islahatlar gedir və hər birimiz bu prosesə töhfə verə biləcəyik.
Hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm və həmvətənlərimə möhkəm sağlamlıq arzu edirəm.