Müştərinin sağlamlığı üçün 50 000 AZN ödənildi

07 avqust 2024 14:53

“PAŞA Həyat” tərəfindən Korporativ Həyat Sığortası üzrə sığortalanmış və xərçəng xəstəliyinin II mərhələsi diaqnozu qoyulmuş şəxsə kritik xəstəlik təminatına əsasən 50 000 AZN həcmində sığorta ödənişi edildi.

Siqortaci.az xəbər verir ki, şirkət tərəfindən korporativ həyat sığorta növü üzrə bugünədək 1 mln. 695 min manatdan artıq ödəniş həyata keçirilib.

“PAŞA Həyat” şirkətinin təqdim etdiyi Korporativ Həyat Sığortası şirkət işçilərini xərçəng daxil olmaqla, kritik xəstəliklərdən və bədbəxt hadisələrdən qoruyan sığorta növüdür.