Ümumrusiya Sığortaçılar İttifaqı Krım körpüsündə baş vermiş partlayış nəticəsində dəymiş ziyanı 200-500 milyon rubl (təxminən 3-8 milyon dollar) qiymətləndirib.
"Siqortaci.az" xəbər verir ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yanacaq anbarında partlayış və yanğın baş verib. Yanğın yük qatarındakı yanacaq çəninin alışması nəticəsində baş verib.