“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Siqortaci.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 72 641 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.