Son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcbari Həyat sığortasının ("İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta") əldə edilməməsinə görə cərimələnmə mexanizminə nəzarəti gücləndirməsi istənilən sahədə bu məhsula marağı artıran amil olmuşdur. Bu sığorta növü ilə işəgötürənlər özlərinin və işçilərinin həyatını sığortalayır, nəzərdə tutulan sığorta növü olmadıqda isə cərimələr tətbiq olunur.
"Siqortaci.az" xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla bağlı bağlanmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlər müvafiq xəbərdarlıqlar alıblar. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Bu sığorta növü həm vacibdir, həm də bir sıra üstünlüklərə malikdir.
Vacibdir ona görə ki, adından da göründüyü kimi icbaridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Üstünlükləri isə, işəgötürən kiçik sığorta haqqı ödəməklə işçilərini sığortalayır, bədbəxt hadisə nəticəsində işçinin başına bir iş gələrsə, sığorta şirkəti işçiyə və ailə üzvlərinə sığorta ödənişini edir. Əlavə olaraq işəgötürən isə kompensasiya ödəmək məsuliyyətindən azad olur.
Bir sözlə bu sığorta hər kəs üçün çox vacibdir.
Bu məhsul haqqında ətraflı məlumatı “PAŞA Həyat Sığorta”-ya (012) 942 zəng vuraraq əldə edə və ya rəsmi saytından (pasha-life.az) müraciət edə bilərsiniz.