"İan" qasırğasının yaratdığı sığortalı zərər 57 milyard dollara çata bilər

05 aprel 2023 11:08

ABŞ-nin Florida ştatının Kayo Kosta şəhərində, 4-cü dərəcədə qiymətləndirilən qasırğa qeydə alınıb.

"Siqortaci.az" xəbər verir ki, ekspertlərin fikrincə bu qasırğa ABŞ tarixində baş vermiş ən böyük sığortalı zərərə səbəb olan fəlakətlərdən biri ola bilər. Kayo Kosta bölgəsi yaxınlığında 155 mil ətrafında davamlı küləklər və geniş miqyaslı daşqınlar ilə müşayiət olunan qasırğa nəticəsində infrastruktur yararsız hala düşüb. Sığortaçıların fikrincə qasırğanın sığortalı zərəri 57 milyard dollara çata bilər.