Türkiyənin “HDI Sigorta” şirkəti BlindLook tərəfindən hazırlanmış audio simulyasiya texnologiyası vasitəsilə görmə qabiliyyəti zəif olan müştərilərinə səsli bələdçilik xidməti təklif etməyə başlayıb.
"Siqortaci.az" xəbər verir ki, bu xidmət vasitəsilə görmə qabiliyyəti zəif olan sığortalılar şirkətin korporativ vebsaytından kənar dəstəyə ehtiyac olmadan asanlıqla istifadə edib sığorta xidmətlərindən yararlana biləcəklər.