Goldman Sachs sığortaçılar və pensiya fondları ilə bağlı təhlilini açıqlayıb

04 aprel 2023 16:22

Goldman Sachs-ın hesabatında qeyd olunur ki, sığorta şirkətlərinin və pensiya fondlarının portfelində törəmə alətlərin payı əhəmiyyətli dərəcədə artıb.

"Siqortaci.az" xəbər verir ki, hesabata görə, sığortaçılar və pensiya fondları aktivlərinin uzunmüddətli öhdəliklərinə uyğunluğunu təmin etmək üçün əhəmiyyətli miqdarda törəmə alətlərdən və hedcinqdən istifadə edirlər.

Öhdəliklər uzunmüddətli olur və sektor öz aktivlərinin müddətini öhdəlikləri ilə uyğunlaşdırmaq üçün faiz dərəcəsi svoplarından istifadə edəcək.