Gələn il ölkəmizdə Beynəlxalq Sığorta Forumu keçiriləcək - FOTO

14 noyabr 2023 13:47

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi" çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan "Xprimm" şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb.

Görüşdə Azərbaycanda ənənəvi olaraq təşkil olunan, lakin COVID-19 pandemiyası ilə əlaqədar təşkilinə fasilə verilən beynəlxalq sığorta forumlarının növbəti ildən yenidən bərpası istiqamətində və təşkil olunacaq forumun təfərrüatları ilə bağlı müzakirə aparılıb.