Fitch sığortaçılara xəbərdarlıq etdi : KİBER-TƏHLÜKƏ

04 aprel 2023 16:25

Fitch Ratings sığortaçılara kiber-risklərin potensial artımı barədə xəbərdarlıq edib.

"Siqortaci.az" xəbər verir ki, xəbərdarlıqda deyilir: İqtisadi qeyri-müəyyənlik, inflyasiya ilə mübarizə üçün sürətli faiz artımı və güclü ABŞ dollarının iri transmilli şirkətlərə mənfi təsiri səbəbilə kibertəhlükəsizliyə investisiyalar əhəmiyyətli dərəcədə azaldıla bilər. Bu, hücum riskini artıracaq. Ona görə də sığortaçılar kibertəhlükəsizliklə bağlı risklərini doğru dəyərləndirməlidirlər.