Azərbaycanlı sığortaçılar Beynəlxalq Konqresdə iştirak edir - FOTOLAR

13 noyabr 2023 11:43

Türkiyənin Antalya şəhərində ənənəvi olaraq təşkil edilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi"nin bu gün təntənəli açılış mərasimi keçirilir.

"Siqortaci.az" ASA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, ASA-nın İcraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti və digər yerli sığorta sektoru iştirakçılarının dəvətli olduğu Konqresdə dünyanın 30-dan çox ölkəsinin sığorta sektoru təmsilçiləri iştirak edirlər.

"Güclü iqtisadiyyat üçün güclü sığorta" şüarı ilə təşkil olunmuş Konqres bu il "İnkişaf edən informasiya texnologiyaları fonunda sığorta sektorunun gələcəyə dair yeni inkişaf imkanları" mövzusuna həsr olunub.