ASA ilə Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında görüş keçirilib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qonaqlara Assosiasiya haqqında geniş məlumat verib, sığorta sektorunda həyata keçirilən islahatlardan danışıb.
AzFina-nın İdarə Heyətinin sədri Ruslan Talıbov da öz növbəsində maliyyə texnologiyalarının müasir zamanda əhəmiyyətinə toxunaraq bu seqmentdə həyata keçirilən yeniliklər haqqında məlumat verib.
Görüşün sonunda insurtech-lərin inkişafının formalaşdırılıb təkmilləşdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.