Azərbaycan sığorta sektorunda YENİ LAYİHƏ - VİDEO

30 noyabr 2020 12:51

Azərbaycan Sığortaçılar Assosiasiyası cəmiyyətdə sığorta maarifləndirməsini daha geniş və əsaslı şəkildə həyata keçirmək üçün yeni layihəyə başlayıb.

Bu barədə "Siqortaci.az"-a ASA-dan məlumat verilib.

Məlumata görə, layihə çərçivəsində ASA müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq edərək həmin şirkətlərin müştəriləri tərəfindən daxil olan şikayətləri araşdırıb, səbəbləri və həll yollarını təqdim edəcək, həmçinin sığorta növləri haqqında məlumat verəcək.

İlk video "Paşa Sığorta"ya daxil olan İcbari Avtomobil Sığortası ilə bağlı şikayətin həllinə həsr olunub. Videonu diqqətinizə çatdırırıq: