Avropa İttifaqı Rusiyanın milli təkrarsığorta şirkəti olan RNPK-nı (RF Mərkəzi Bankına məxsusdur) sanksiyalar paketinə daxil edib.
"Siqortaci.az" xəbər verir ki, İttifaqın rəsmi nəşrində qeyd olunur ki, qərb sığorta şirkətləri sanksiyalara görə Rusiya gəmi sahibləri üçün sığorta xidmətlərini dayandırmaqlarına baxmayaraq, hazırda “SovKomFlot” da daxil olmaqla Rusiyadan neft ixrac edən Rusiya gəmilərinin əsas təkrarsığortaçısı RNPK şirkətidir.
Nəşrdə qeyd olunur ki, şirkətin bu fəaliyyəti də Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin təsirini azaldır.