Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi ilə Türkiyənin Akdeniz Universitetinin “Sığorta işi” ixtisasının müəllimi Özləm Yalaz arasında onlyan görüş keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə arasında sığorta tədrisi sahəsində əməkdaşlığın mövcud vəziyyəti, o cümlədən yerli sığorta bazarının təlim ehtiyacları müzakirə edilib.
Müzakirələr zamanı türkiyəli mütəxəssisin yerli bazar iştirakçılarına sığortanın müxtəlif istiqamətləri üzrə silsilə təlimlərinin təşkili yönündə razılıq əldə olunub.