ASA Tədris Mərkəzinə yeni direktor TƏYİN OLUNDU

02 fevral 2024 17:51

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzinə yeni direktor təyin olunub.

Siqortaci.az Reporta istinadən xəbər verir ki, bu vəzifə Pərviz Quliyevə həvalə edilib.

O, vaxtilə uzun illər sığorta sektorunda çalışıb, bundan əvvəl isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Təlim Mərkəzinin direktoru olub, yeni vəzifəsində Aygün Mahmudovanı əvəz edib.