ASA növbəti maarifləndirici video-layihəsini yayımladı - VİDEO

17 fevral 2021 10:23

Azərbaycan Sığortaçılar Assosiasiyasının sığorta sahəsində cəmiyyətdə maarifləndirməni artırmaq məqsədilə keçirtdiyi layihə çərçivəsində baxılan müştəri müraciəti İcbari əmlak sığortası növü üzrə olub.

"Siqortaci.az" Fins-ə istinadən xəbər verir ki, layihə çərçivəsində müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq edərək həmin şirkətlərin müştəriləri tərəfindən daxil olan şikayətləri araşdıraraq, səbəbləri və həll yollarını təqdim edib.

ASA-nın araşdığı şikayət "Atəşgah Sığorta" şirkəti tərəfindən sığortalanan, təbii fəlakətdən zərər çəkmiş əmlak ilə bağlıdır.

Baş verən sığorta hadisəsinin təfərrüatları və müştərinin müsahibəsi ilə videoçarxda tanış ola bilərsiniz.