ASA Karyera İnkişaf Forumunda iştirak edib

31 yanvar 2024 17:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Yenilikləri fürsətə çevir” adlı 3-cü Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dəvətli olduğu Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin, Gənclər və İdmad nazirinin müavini Fərhad Hacıyevin, Elm və Təhsil nazirinin müavini İdris İsayevin və digər rəsmilərin çıxışları dinlənilib.