Amazon, İngiltərədə daşınmaz əmlak sığortası əldə etmək istəyən müştəriləri üçün “Amazon Insurance Store” adlı yeni, sadə və rahat bir proqramı istifadəyə verib.
"Siqortaci.az" xəbər verir ki, mağaza müştərilərin etibar edə biləcəyi oxşar qiymət müqayisələri, müasir və sadə qiymət sorğusu və amazon.co.uk ilə inteqrasiya olunmuş ödəniş təcrübəsi təklif edir. Bu onlayn mağaza ilin sonuna qədər Böyük Britaniya ərazisində hamı üçün əlçatan olacaq.