Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

20 iyun 2024 11:06

Sığorta çox vacib məqamdır. Sığorta insanların çox xəbərdar olduğu mövzu deyil.

Siqortaci.az xəbər verir ki, bunu Almaniyanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, sığorta iqtisadiyyatın inkişafı baxımından çox vacibdir.

“Hər hansı problem ortaya çıxanda sığorta bu problemin uzunmüddətli həll yolunu təmin edir. Tibbi sığorta olmasa, insanlar yaşa dolduqca sağlam yaşaya bilməyəcəklər. Süni intellekt və kibertəhlükəsizlik bu sahədə vacib məqamlardandır. Biz başa düşməliyik ki, sığorta vətəndaşların qayğısına qalır. Hər il təbii fəlakətlər baş verir, bunun tək həll yolu sığortadır. Biz bütün insanları bir sığorta çətiri altında yığmalıyıq və onları düzgün məhsullar ilə sığortaya təşviq etməliyik. Sığorta innovativ və yaradıcı bir biznes olmalıdır. Siz əgər yaxşı inkişaf etmiş sığorta bazarına məxsus olmaq istəyirsinizsə, sığorta bazarını yaxşı tənzimləməlisiniz. Azərbaycanda vətəndaşlar düşünürlər ki, onlar sığorta sahəsində qarşılarına çıxan riskləri və problemləri necə həll edə bilərlər. İqlim dəyişikliyi sığorta bazarına da təsir edir”, - deyə almaniyalı professor bildirib.