ABŞ-da baş vermiş şiddətli aprel fırtınalarının yaratdığı 1 milyard dollarlıq zərərin böyük hissəsinin sığortalı olduğu bildirilir.
"Siqortaci.az" xəbər verir ki, analitiklər 23-29 aprel tarixlərində ABŞ-da baş vermiş və Texas, Alabama və Georgia bölgələrində daha şiddətli olduğu qeydə alınmış fırtına nəticəsində ümumi iqtisadi zərərin 1 milyard dolları keçəcəyini, zərərlərin çoxunun sığortalandığını söyləyirlər.