Beynəlxalq sığorta araşdırmaları mərkəsi olan Sığorta Tədqiqat Şurasının açıqladığı fakta görə, ABŞ-da hər 8 sürücüdən 1-i icbari avtomobil sığortasına sahib deyil.
“Siqortaci.az” xəbər verir ki, Şuranın araşdırmasına görə, ABŞ-da sığortalanmamış sürücülər 12.6% təşkil edir. Bu faiz nisbəti müxtəlif ərzilərə görə dəyişir – məsələn, Nyu-Cersidə bu 3.1%, Mississipidə isə 29.4%-dir.
Araşdırma nəticələrinə görə, ABŞ-da icbari avtomobil sığortasına müraciət edənlərin sayı ilbəil azalmaqdadır. Belə ki, son 5 il ərzində Amerika Birləşmiş Ştatlarında sığortalanmayan sürücülərin sayında 1.2% bəndi həcmində artım qeydə alınıb.
Qeyd edək ki, Sığorta Tədqiqat Şurası bu məlumatları ABŞ-ın avtomobil sığortası bazarının 60%-ni təmsil edən 11 sığorta şirkətinin nəticələrinə əsasən təhlil edərək açıqlayıb.