2023-cü ilin qlobal riskləri açıqlandı

03 aprel 2023 14:46

"Qısamüddətli risk mənzərəsində enerji, ərzaq, maliyyə və təbii fəlakətlər üstünlük təşkil edir. Artan qlobal risklər fonunda yeni hərbi münaqişə və yeni virus kimi amillərin yaradacağı şoklar idarəolunmaz ola bilər”.

"Siqortaci.az" xəbər verir ki, bunu Dünya İqtisadi Forumunun direktoru Saadia Zahidi bildirib.

1200-dən çox risk eksperti arasında keçirilmiş sorğuya əsasən də, 2023-cü il üçün qlobal risk faktorları iqlim dəyişikliyi, təbii fəlakətlər, biomüxtəlifliyin itkisi və ətraf mühitin deqradasiyasısı ilk 10 riskdən 5-ni təşkil edir. Paralel olaraq, böhranlara əsaslanan liderlik, geosiyasi rəqabət, geoiqtisadi silahlanma və remilitarizasiya riski də siyahıda yer alır.