2022-ci ildə dünya üzrə ən kiçik sığorta ödənişi Rusiyada fəaliyyət göstərən “İnqosstrax” şirkəti tərəfindən edilib.
"Siqortaci.az" xəbər verir ki, bu, daşıma zamanı əmlaka dəyən zərərlə bağlı olub. Ödənişin məbləği Rusiya valyutası ilə 10 qəpik (0.0024 AZN), ödəniş xərcləri ilə 50 rubl (1.18 AZN) təşkil edib.
Məlum olub ki, müştəri daşıma zamanı zərər görmüş əmlakı bəyan edilmiş dəyəri ilə, yəni 10 qəpik təminatla sığortalayıb.