Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə sığortaçılar arasında şahmat turniri keçirilib

07 may 2025 16:26

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və  “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə əməkdaşlığı çərçivəsində sığorta şirkətlərinin nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən şahmat turniri keçirilib.

Siqortaci.az xəbər verir ki, 7 mərhələdən ibarət olan turnirin yekununda qalib sığortaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Bu kimi birgə tədbirlərin keçirilməsinin əsas məqsədi sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.