Azərbaycan sığorta bazarında aktivliyi ilə seçilən “AtaSığorta” ASC-yə etibar edən dövlət qurumu və özəl şirkətlərin sayı durmadan artır. Belə ki, ölkənin tanınmış kart prosessinq mərkəzlərindən olan “MilliKart” MMC müvafiq risklərin sığortasını “AtaSığorta” şirkətinə etibar edib.
"Siqortaci.az" FED-ə istinadən xəbər verir ki, şirkətin Biznesin İnkişafı departamentinin məlumatına görə, “MilliKart” MMC-nin Daşınmaz Əmlakın İcbari Sığortası, Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, server və şəbəkə avadanlıqlarının və bununla əlaqədər risklərin sığortalanması üzrə elan etdiyi tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri dəyərləndirilib.
Nəticədə, “At.aSığorta” ASC tenderin qalib şirkəti elan edilib və müvafiq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.