Süni intellekt sığortası bazarı böyüyür - 4,8 milyard dollar

01 dekabr 2025 22:15

Avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən tutmuş süni intellekt əsaslı hər növ məzmuna qədər bir çox sahədə tətbiq olunan süni zəka texnologiyaları müxtəlif sektorları dəyişdirir, o cümlədən, məsuliyyət və risk müzakirələrinə səbəb olur. Məsələn, bir avtonom avtomobil qəzaya düşdüyü zaman məsuliyyət kimə aid olacaq? Bunun hüquqi nəticəsi necə müəyyənləşdiriləcək?

Siqortaci.az xəbər verir ki, qlobal sığorta və təkrarsığorta şirkətləri bu qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün süni intellektə özəl xüsusi sığorta şəhadətnamələri hazırlamağa başlayıblar.

"Deloitte Center for Financial Services"-in təhlilinə görə, bu məhsullara olan tələb qarşıdakı illərdə sürətlə artacaq. Bazarın 2032-ci ilə qədər ehtimal olunan orta illik artım tempinin (CAGR) 80% olacağı və qeyd olunan tarixədək 4,8 milyard dollar həcminə qədər böyüyəcəyi proqnozlaşdırılır.