“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində ekspertlər qrupu yaradılacaq. Bununla bağlı sığorta şirkətləri ilə danışıqlara başlanılıb.
"Siqortaci.az" xəbər verir ki, bu barədə sentyabrın 14-də keçirilən mətbuat konfransında ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.
“Assosiasiyaya üzv şirkətlərdə çalışan sığorta mütəxəssisləri ekspertlər qrupuna cəlb ediləcək. Hazırda bu istiqamətdə iş aparılır”, - deyə M.Ağayev qeyd edib.