Sığorta üzrə test müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

02 mart 2022 17:27
18 fevral tarixində keçirilmiş “Sığorta üzrə Test Müsabiqəsi”ndə uğurlu nəticələr əldə etmiş iştirakçıların təltif olunma mərasimi keçirildi.
 
"Siqortaci.az" ASA-ya istinadən xəbər verir ki, tədbirdə iştirakçılara Fəxri Fərmanlar və hədiyyələr Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev və ASA Tədris Mərkəzinin Direktor müavini Babək Məmmədov tərəfindən təqdim edildi.
 
Tədbirdə iştiraka görə sığorta şirkətlərinin rəhbərliklərinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.