Sahibkarların, şirkət sahiblərinin və iş adamlarının nəzərinə! VACİB

02 oktyabr 2026 15:23

Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar əmlakınızın və biznes fəaliyyətinizin mümkün risklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək tövsiyə edilir.

Xüsusilə aşağıdakı məqamların əvvəlcədən yoxlanılması faydalı ola bilər:

  • Dam və fasadlarda su sızmasına səbəb ola biləcək zəif nöqtələrin yoxlanılması;
  • Yağış sularının axıdılması sistemlərinin, drenaj xətlərinin təmiz və işlək vəziyyətdə saxlanılması;
  • Zirzəmi, anbar və digər həssas sahələrdə su basması riskinin qiymətləndirilməsi;
  • Elektrik avadanlıqları və digər həssas aktivlərin mümkün su təmasından qorunması;
  • Açıq ərazilərdə yerləşən avadanlıq və materialların təhlükəsiz şəkildə yerləşdirilməsi;
  • Fövqəladə vəziyyət zamanı məsul şəxslərin və əlaqə vasitələrinin əvvəlcədən müəyyənləşdirilməsi.

Bu sadə qabaqlayıcı tədbirlər mümkün zərərin qarşısının alınmasına və ya təsirinin minimuma endirilməsinə kömək edə bilər.