Rusiyada avtomobili 1 günlük də sığortalamaq olacaq - YENİLİK

08 aprel 2025 16:21
Rusiyanın Milli Sığorta İnformasiya Sisteminin rəsmi məlumatına görə, artıq dünəndən Rusiyada 24 saatlıq avto-icbari sığorta şəhadətnamələrinin yazılmasına start verilib.
 
Siqortaci.az xəbər verir ki, bu 1 günlük avto-icbari sığortanın qiyməti 130 rubldan (2.56 AZN) başlayır.
 

Qeyd olunur ki, belə şəhadətnamələr əsasən, taksi sürücülərinə, eləcə də avtomobildən nadir hallarda istifadə edənlər üçün maraqlı olacaq.