Peşəkar Sığortaçı Sertifikasiyası nədir?
Siqortaci.az olaraq Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazovanın bu sualla əlaqədar açıqlamasını təqdim edirik:
Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır.
PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır.
PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır.