“PAŞA Sığorta”nın Port Baku ərazisindəki satış ofisi fəaliyyətini şirkətin mərkəzi binasında davam etdirəcək

30 aprel 2026 18:49

1 may 2026 tarixindən etibarən PAŞA Sığortanın Port Baku ərazisində fəaliyyət göstərən satış ofisi Sahil Plaza ünvanında xidmətini davam etdirəcək.

Siqortaci.az xəbər verir ki, bu dəyişiklik nəticəsində satış və sığorta hadisələri üzrə bütün xidmətlər vahid məkanda təqdim olunacaq.

Yeni ünvanda xidmətlərin bir araya gətirilməsi müştərilər üçün daha operativ və səmərəli xidmət imkanları yaradacaq.

Bu addım müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində atılan növbəti addımdır.

PAŞA Sığorta bundan sonra da müştərilərinə yüksək standartlarla xidmət göstərməyə davam edəcək.

Etimadınız üçün təşəkkür edir, sizi yenilənmiş xidmət məkanımızda məmnuniyyətlə gözləyirik.