PAŞA Sığortanın 20 illik Yubiley kampaniyasının son günüdür

31 mart 2026 15:32

PAŞA Sığortanın fəaliyyətə başlamasının 20 illik yubileyi münasibətilə elan etdiyi “Yubiley kampaniyası” bu gün başa çatır.

Siqortaci.az xəbər verir ki, kampaniya çərçivəsində öz avtomobili üçün Tam KASKO sığortası əldə etmək istəyən sürücülər sığorta haqqına 20% xüsusi endirim qazanacaq. Kampaniya 1 illik KASKO sığortası əldə etmək istəyən yeni və ya sığorta müqaviləsini yeniləmək müştərilərə şamil edilir. Sığorta haqqını hissələrə bölərək bir neçə ay ərzində də ödəmək mümkündür

Yubiley kampaniyası avtomobil sahiblərinə daha sərfəli şərtlərlə geniş təminatlı sığorta əldə etmək imkanı yaradaraq, onların risklərdən qorunmasını daha əlçatan etdi.

PAŞA Sığorta müştərilərinə təqdim etdiyi Tam KASKO məhsulu ilə aşağıdakı risklərə qarşı maddi  təminat vəd edir:

  • Yol-nəqliyyat hadisələri;
  • Oğurluq;
  • Yanğın və partlayış;
  • Təbii fəlakətlər;
  • Üçüncü şəxslərin hərəkətləri.

Kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya, yaxud https://cutt.ly/20illikyubiley linki vasitəsilə onlayn müraciət edə bilərsiniz.

2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” ASC Azərbaycanın qeyri-həyat sığortaxidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalınınhəcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllüvə icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞASığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığıreytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. “PAŞA Sığorta”ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.