“PAŞA Sığorta”ASC-də növbədənkənar ümumi yığıncaq keçiriləcək

05 may 2026 12:10

Səhmdarların ümumi yığıncağının çağırılması barədə

ELAN

Səhmdarların nəzərinə!

03 iyun 2026-cı il tarixində “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaqdır.

 Yığıncağın gündəliyinə Cəmiyyətin Direktorlar Şurası üzvlərinin təyinatı və digər təşkilati məsələlər daxil edilmişdir. Gündəlikdə nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcəkdir.

Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.