“PAŞA Sığorta” ötən ay üç avtomobil hadisəsi üzrə KASKO sığortası üzrə müştərilərinə ümumilikdə 150.575 ₼ məbləğində ödəniş həyata keçirib.
Siqortaci.az xəbər verir ki, hadisələrdən birində sürücü idarəetməni itirib və avtomobil dəmir maneələrə çırpılıb. Nəticədə təmir xərci 69.628 ₼ təşkil edib. Digər hadisədə isə sürücü toqquşmadan yayınmaq üçün avtomobili sağa çəkib və nəqliyyat vasitəsi dərəyə aşaraq 43.768 ₼-lıq zərər görüb. Bu hadisədə maraqlı cəhət odur ki, sürücü nə qədər peşəkar olursa olsun, qarşıdan gələn sürücü peşəkar olmaya bilər. Ona görə bu müştərimiz toqquşmadan yayına bilmişdir və zərbəni öz üzərində götürmüşdür. Üçüncü avtomobil isə geriyə hərəkət zamanı məsafə düzgün nəzərə alınmadığı üçün dirəyə dəyib. Nəticədə avtomobilin təmirinə 37.179 ₼ ödənilib.
Bu nümunələr göstərir ki, qəza müxtəlif səbəblərdən və bəzən sürücünün iradəsindən kənar vəziyyətdə baş verə bilər. Sürücülərə yalnız icbari sığorta ilə kifayətlənməməyi, avtomobilə dəyən zərərin qarşılanması üçün KASKO təminatını da nəzərdən keçirməyi tövsiyə edirik. Bunun üçün isə harasa getməyə ehtiyac yoxdur. “PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINDA FORMANI doldura və ya rəsmi Instagram səhifəsindən müraciət etsəniz kifayətdir.