“Paşa Sığorta" şirkətində vacib TƏYİNAT

03 fevral 2021 11:01

“Paşa Sığorta” ASC-də mühüm kadr islahatı həyata keçirilib.

“Siqortaci.az”-ın əldə etdiyi məlumata görə, Nuranə Teymurova şirkətdə yeni tətbiq olunan “Agile” Transformasiya Xidmətinə rəhbər təyin olunub.

Bildirək ki, N.Teymurova 2015-ci ildən “Paşa Sığorta” ASC-də çalışır və bu yeni təyinata qədər şirkətin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edirdi.

“Siqortaci.az” komandası olaraq Nuranə xanıma yeni vəzifəsində uğurlar arzu edirik.