PAŞA Sığorta sosial media hesablarında paylaşdığı 3 KASKO hadisəsi ilə diqqət çəkib. Şirkətin açıqladığı məlumata görə, bu üç hadisə üzrə avtomobil sahiblərinə ümumilikdə 119,514 AZN sığorta ödənişi edib.
Siqortaci.az xəbər verir ki, ən yüksək ödəniş dağlıq ərazidə aşaraq ciddi zədələnən avtomobil üçün edilib və 52,000 AZN təşkil edib. Üzərinə başqa avtomobil düşməsi nəticəsində yararsız hala düşən nəqliyyat vasitəsinin sahibinə 40,214 AZN, yanğın nəticəsində tamamilə yararsız hala düşən avtomobil üçün isə 27,300 AZN ödənilib.
Hər üç avtomobil PAŞA Sığortanın KASKO sığortası ilə təmin olunduğu üçün dəymiş zərər sığorta təminatı çərçivəsində qarşılanıb.