PAŞA Sığorta müştəriləri üçün dərman sifarişlərinin çatdırılması tam ödənişsizdir

16 fevral 2026 10:33

PAŞA Sığorta, müştərilərinin sağlamlığını və rahatlığını hər zaman prioritet olaraq saxlayır və faydalı imkanlar təqdim etməyə davam edir.

Siqortaci.az xəbər verir ki, Aloe aptek şəbəkələri ilə əməkdaşlıq çərçivəsində sığorta olunanlar lazımi dərmanları əlavə ödəniş olmadan, birbaşa ünvana sifariş edə bilərlər.

Xidmətdən yararlanmaq üçün, sadəcə PAŞA Sığorta tərəfindən təqdim olunan resept kağızının Aloe+ tətbiqinə yüklənməsi və dərmanların seçimi kifayətdir. Bu təşəbbüs PAŞA Sığortanın müştəriyönümlü xidmət strategiyasını, qayğıkeş yanaşmasını və gündəlik həyatda müştərilərə real dəyər qatmaq öhdəliyini bir daha nümayiş etdirir.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.