“PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

23 aprel 2025 13:55

21 aprel 2025-ci il tarixində “PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Siqortaci.az xəbər verir ki, imzalanan saziş çərçivəsində “PAŞA Həyat” və “Sea Breeze” müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsi aparacaq, eyni zamanda ölkədə sığorta və sığorta məhsulları ilə bağlı maarifləndirici kampaniyalar təşkil edərək ictimaiyyətin məlumatlandırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq nəticəsində müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni imkanlar yaradacaq.

Anlaşma Memorandumu çərçivəsində, həmçinin, daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.