“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı

06 fevral 2026 13:11

Əməkdaşlıq çərçivəsində "Kaspi Kids" uşaq bağçalarında təhsil alan uşaqlar 1 illik fərdi həyat sığortası ilə təmin edilir.

Siqortaci.az xəbər verir ki, hazırda “Kaspi Kids” və “PAŞA Həyat” əməkdaşlığı çərçivəsində 300-ə yaxın uşaq sığortalanıb.

2025-2026-cı tədris ilindən etibarən "Kaspi Kids" uşaq bağçalarında təhsil alan uşaqlar 1 illik fərdi həyat sığortası ilə təmin olunur. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə kritik xəstəlik (iflic, miokard infarktı, böyrək çatışmazlığı və s.) diaqnozu qoyularsa, valideyn və ya faydalanan şəxsə "PAŞA Həyat” tərəfindən 15 000 AZN ödəniş ediləcək.

“PAŞA Həyat” və “Kaspi Kids” valideyn və uşaqların yanındadır.