Türkiyə parlamentində müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi moped və skuterlərlə bağlı dəyişiklikləri nəzərdə tutur.
Siqortaci.az xəbər verir ki, qanun layihəsində diqqətə çatdırılır ki, mopedlər icbari məsuliyyət sığortasına cəlb olunmadığından, onların törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində digər avtonəqliyyat vasitələrinə və fiziki şəxslərə dəymiş maddi və mənəvi zərərin ödənilməsində problemlər yaranır.
Bununla əlaqədar olaraq, qanuna nəzərdə tutulan dəyişikliklə moped və skuterlər də icbari məsuliyyət sığortasına cəlb olunacaq.