"Los Angeles Times" nəşri: "Kaliforniya sürücüləri yüksək avtomobil sığortası tariflərindən əziyyət çəkir”

03 mart 2026 15:56

"Consumer Federation of America" tərəfindən aparılan araşdırmaya görə, 1989-cu ildən bu vaxta qədər Kaliforniyada avtomobil sığortası tarifləri 12,5% artıb.

Siqortaci.az "Los Angeles Times" nəşrinə istinadən xəbər verir ki, inflyasiya nəticəsində yeni avtomobillərin və ehtiyat hissələrinin qiymətlərinin kəskin bahalaşması, Trump administrasiyasının tətbiq etdiyi tariflərin dərinləşməsi, avtomobillərin daha mürəkkəb olması, ənənəvi avtomobillərlə müqayisədə elektromobillərin təmirinin baha başa gəlməsi, magistral yollarda sürət həddinin artması və yol-nəqliyyat hadisələrinin daha ağır nəticələrə səbəb olması sığorta tariflərinin artmasına başlıca səbəb kimi göstərilir.

“Kaliforniyalılar daha yüksək avtomobil sığortası haqları ilə üzləşirlər, çünki sığortanın təminat altına aldığı demək olar ki, hər şeyin dəyəri artıb,” — deyə Amerika Əmlak və Qəza Sığortası Assosiasiyasının vitse-prezidenti Denni Ritter bildirib. Sənaye analitikləri də hesab edirlər ki, Kaliforniyada yüksək sığorta haqları ümumilikdə qalıcı olaraq qalacaq.